“Çətinliklərə və problemlərə baxmayaraq, Ermənistanla Azərbaycan arasında vəziyyət bütövlükdə nizamlanma istiqamətində inkişaf edir”.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada baş tutan üçtərəfli görüş zamanı bəyan edib.
Putin bildirib ki, İlham Əliyev və Nikol Paşinyanla birlikdə Ermənistan-Azərbaycan nizamlanmasındakı maneələri keçilə bilən maneələr hesab edir.
Bununla yanaşı, Rusiya dövlət başçısı bir həftə sonra Rusiya Federasiyası, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində “həll edilməmiş məsələlərin aradan qaldırılması” məqsədilə kommunikasiyaların açılmasına dair görüşün baş tutacağını açıqlayıb.