"Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanacağı təqdirdə Ankara İrəvanla münasibətlərdə müsbət addımlara hazırdır".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Biz İrəvanın son bəyanatını müsbət qiymətləndiririk, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər, qarşılıqlı müsbət bəyanatlar var. Biz bunu dəstəkləyirik. Azərbaycan hərtərəfli sülh sazişi təklif edib, əgər Ermənistan hə desə, çox yaxında müzakirələr aparılacaq və o (müqavilə) imzalanacaq. Biz Türkiyə olaraq bu vəziyyətdə bəzi müsbət addımlar atacağıq”, - deyə Çavuşoğlu çıxışı zamanı bildirib.