Rusiya prezidenti Vladimir Putin Braziliyanın rəhbəri Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparmaq üçün “Biznes Rusiya” Ümumrusiya ictimai təşkilatının üzvləri ilə görüşü yarımçıq dayandırıb.

"Unikal" xəbər verir ki, ölkə başçısı görüşü yarımçıq oymağını belə izah edib:

“Hörmətli həmkarlar, biz davam edəcəyik. Braziliya prezidenti ilə söhbətim var. Onun icazəsi ilə mən bugünkü görüşün bütün iştirakçılarına və ümumiyyətlə, Rusiyanın bütün işgüzar dairələrinə biznesdə uğurlar və firavanlıq üçün ən xoş arzularımı çatdırmaq istəyirəm”, - deyə Rusiya lideri görüşü yarımçıq qoymağının səbəbini belə izah edib.  

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Selso Amorim ilə görüşüb və Braziliya tərəfinin, o cümlədən Lula da Silvanın Rusiyaya səfərə dəvətini təsdiqləyib.

Bundan əvvəl Braziliya prezidenti Lula da Silva Rusiyanı planetdə uzunmüddətli sülhün təminatçısı adlandırmışdı .