Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.
"Unikal" xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı gərgin keçən final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.
Qarşılaşma 13 dəqiqədən çox çəkib. Məmmədəliyev qızıl xal bölümündə cərimə xalına görə uduzub.
Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə etmişdi.