Ermənistanda qızılcaya yoluxanların sayı 185 nəfərə çatıb ki, onlardan 133-ü uşaqdır.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qızılcaya yoluxanlardan üç nəfər xəstəxanaya yerləşdirilib, 98 nəfər artıq xəstəxanalardan evə buraxılıb", - deyə məlumatda qeyd olunub.