Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Moskvaya işgüzar səfərə gedəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib.
"Onu Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin qəbul edəcək", - Paltov deyib.
Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə mayın 25-də Moskvada olmuşdu.