Rusiya dövlət mühafizə şirkətlərinin işçilərini Ukraynadakı cəbhə bölgələrinə göndərir. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal" nəşri məlumat dərc edib. 

"Rusiya Federasiyasında özəl hərbi şirkətlərin fəaliyyətinə rəsmən qadağa qoyulub, lakin mühafizə şirkətləri Kremldən “xüsusi hərbi əməliyyatları” resurslarla təmin etmək üçün qeyri-rəsmi  göstəriş alıblar. Böyük dövlət korporasiyaları, keçmiş hərbçilər və iş adamları tərəfindən yaradılan təşkilatlar Priqojinin "Vaqner" qrupunu təqlid edirlər. “Vaqner” əsasən Rusiya həbsxanalarından 50 minə yaxın əsgər toplayıb və öz qüvvələrinin Rusiya Federasiyasının nizami ordusundan üstün olduğunu göstərməyə çalışır", - KİV qeyd edib.