Kosovonun şimalında serblərlə toqquşmalarda xəsarət alanların sayı 75 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***22:54

Kosovonun şimalında və Metohiyada baş verən qarşıdurmalarda 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

"Unikal" xəbər verir ki,  bu barədə "Veçerne Novosti" qəzeti məlumat yayıb. 

Bununla yanaşı, Serbiyanın "Tanjuq" xəbər agentliyinin jurnalisti Kosovonun Zvecan bələdiyyəsində serb etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma zamanı yaralanıb.

Agentliyin məlumatına görə, iğtişaşlar Zveçanda bələdiyyə binası yaxınlığında minlərlə insanın iştirak etdiyi etiraz aksiyası zamanı başlayıb. NATO-nun Kosovodakı missiyasının nümayəndələri nümayişçilərə qarşı dəyənəklərdən, səs-küylü qumbaraatanlardan və gözyaşardıcı qazdan, Kosovo polisinin xüsusi bölmələri isə odlu silahdan istifadə edib. Buna cavab olaraq etirazçılar təhlükəsizlik qüvvələrinə daş və ağır əşyalar atmağa başlayıblar.