Azərbaycanda səfərdə olan İsrail Prezidenti İsxaq Hersoq Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Unikal"  xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüblər.

Eyni zamanda, “Əbədi məşəl” abidəsi də ziyarət olunub, önünə əklil qoyulub.