Ukrayna Belqorod vilayətinin Şebekino şəhərinə kütləvi zərbələr endirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında məlumat yayıb. 

Onun sözlərinə görə,  zərbələr nəticəsində 4 rusiyalı yaralanıb. 

Bununla yanaşı, Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit isə Qluşkovski rayonunun Tyotkino kəndinin yenidən Ukrayna tərəfindən atəşə tutulduğunu bildirib. 

Gülayə Mecid