"Azərbaycanda yük avtomobillərinin təqribən 2.5 faizi yeni avtomobillərdir, qalanları isə köhnədir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə komitə iclasında deputat İltizam Yusifov deyib.
O bildirib ki, sərnişin avtobusları ilə bağlı vəziyyət daha kritikdir. “Bakıdan kənarda 30 ilin avtobuslarından istifadə edilir. Bu cür avtomobillərin ətraf mühitə buraxdığı zərərli tullantıların həcmi çoxdur. Avtomobillərin utilizasiyası məsələsində bunlar da nəzərə alınmalıdır".
Deputat qeyd edib ki, 40 ildən artıq istismar müddəti olan avtomobillərin hər biri tullantı və təhlükə mənbəyidir.
Anar Kəlbiyev