Almaniya kansleri Olaf Şolts, Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində üçtərəfli danışıqlar aparacaqlar.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Bildirilir ki, Şolts üç həftə ərzində Zelenski ilə üçüncü dəfə görüşəcək. Mayın ortalarında Ukrayna lideri Berlinə səfər edib, mayın 19-da isə siyasətçilər Yaponiyada keçirilən G7 sammitində görüşüblər.

Seymur Əli