Türkiyədə dolların məzənnəsi seçkilərin ikinci turundan sonra artmağa davam edir. 

"Unikal" xəbər verir ki, dolar 2 iyunda 20,90 TL-yə bərabər olub. 

Avro isə gün əvvəlindən 22,60 türk lirəsinə çatıb. 

Qeyd olunub ki, hazırda bazar Türkiyədə yeni kabinetin formalaşmasını gözləyir. 

Banklardakı valyuta hesabları 1 həftədə 7 milyard dollar azalıb ki, bu da rekord həcmdə azalma kimi qiymətləndirilib. 

Ağarza Elçinoğlu