Türkiyəli tanınmış akrisa, aparıcı Ceyda Düvenci Bülent Şakrakdan boşanır.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, 8 il əvvəl nikah masasına əyləşən ikilinin münasibətlərinin pis olduğu iddiaları bir müddət əvvəl ortaya çıxıb. Bundan sonra onlar cütlük terapiyasına gedərək əlaqələrini düzəltdiklərini bildirmişdilər.
Lakin bu addım onların münasibətlərini bərpa etməyə kömək edə bilməyib. Cütlük boşanmaq qərarına gəlib.