Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun H. Əliyev prospektində qeydə alınıb. "VAZ-21010" markalı minik maşını ilə "Saipa" markalı maşın toqquşub.

Nəticədə 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Lətifov Ülvi Şüküroviç, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.