"Ukrayna heç bir NATO üzv ölkəsini Rusiyanın başlatdığı müharibəyə cəlb etmək niyyətində deyil".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskiyə istinadən Kiyevdə Estoniya prezidenti Alan Karislə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz başa düşürük ki, bu müharibə davam etdiyi müddətdə NATO-nun üzvü olmayacağıq. İstəmədiyimiz üçün yox, çünki bu, mümkün deyil” deyib.

Eyni zamanda, Zelenski Ukraynanın NATO üzvlüyünə alternativ axtarmadığını vurğulayıb.

Bundan başqa dövlətin “Rusiyaya qarşı müharibənin” sonuna qədər təhlükəsizlik zəmanətinə ehtiyacı var. Onun sözlərinə görə, təhlükəsizlik zəmanəti dedikdə sanksiyalar, maliyyə təminatı, silah və s.