"Rusiya prezidenti Vladimir Putin sülh yolu ilə xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa imkan verəcək istənilən təmaslara açıq qalır, lakin Qərb belə bir fürsət vermir". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Kremlin sözçüsü qeyd edib ki, Putin NVO-dan başqa digər vasitələrlə bizim tapşırıqlarımızı yerinə yetirmək üçün istənilən təmaslara açıq olub, hazırdır və olacaq. 

Eyni zamanda o vurğulayıb ki, kollektiv Qərb ölkələri hazırda Rusiyaya başqa seçim qoymur: "İndi Ukrayna faktiki olaraq münaqişənin alətidir. Münaqişə həqiqətən genişlənib, kollektiv Qərb ölkəmizə qarşı birgə müharibə aparır".

Ağarza Elçinoğlu