İngiltərə Kubokunun finalında "Mançester Siti" və "Mançester Yunayted" qarşılaşıb.
"Unikal" xəbər verir ki, oyun Londondakı "Uembli" stadionunda keçirilib.
Ev sahibləri "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edərək çempion adını qazanıb.
"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan 13-cü saniyədə hesabı açıb. Bu, FA Kubokunun finalındakı ən sürətli qoldur.
İkinci qolu isə 33-cü dəqiqədə penaltidən portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes vurub.
Kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komandanın qələbə qolunu 51-ci dəqiqədə İlkay Gündoğan vurub.
Bununla da "Mançester Siti" 7-ci dəfə İngiltərə kubokunun qalibi olub.
Ağarza Elçinoğlu