Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Ərdoğanın andiçmə mərasimi çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan görüşüb. 

"Unikal" "CNN Türk"ə istinadla xəbər verir ki, liderlər arasında qısa söhbət olub. 

Məlumata görə, İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə ediblər, həmçinin gələn həftə yeni görüş təşkil etmək niyyətindən danışıblar. 

Söhbət zamanı onların yanında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım da olub.

Ağarza Elçinoğlu