Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı xarici işlər naziri vəzifəsinə təyin olunması ilə bağlı təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.

"Qardaş Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi-qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan-Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm", - o qeyd edib.

***00:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, C.Bayramov tvitdə qeyd edib:

"Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!".