Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kabinetin yeni üzvlərinin adlarını ictimaiyyətə açıqlayıb.

"Unikal" xəbər verir ki, Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək təyin olunub.

M. Şimşək bu postda Nurəddin Nəbatini əvəz edib. 

Qeyd edək ki, Şimşək 22 iyul 2007-ci il seçkilərində AK Partiyadan deputat seçilib. O, 2009-cu ildə maliyyə naziri vəzifəsinə təyin olunub,  Binəli Yıldırımın Baş nazir olduğu hökumətdə onun müavini olub. 

Yeni maliyyə və xəzinə nazirinin Türkiyə vətəndaşlığı ilə yanaşı, Amerika və Böyük Britaniya vətəndaşlığının da olması birmənalı qarşılanmayıb. 

Ağarza Elçinoğlu