"Su elektrik stansiyasının dağıdılması Ukraynanın cənubu üçün ekoloji fəlakət təhlükəsi yaradır".
"Unikal" xəbər verir ki, bunu Ukraynanın Baş nazir Denis Şmıxal Rusiya işğalçılarının Kaxovskaya SES-i partlatması nəticəsində 80-ə qədər yaşayış məntəqəsini su basması təhlükəsi barədə xəbərdarlıq edib.
“Kaxovskaya SES-in dağıdılması Rusiya tərəfindən terror aktıdır və buna görə tam məsuliyyət daşıyır”, - deyə o, bildirib.
Xatırladaq ki, iyunun 6-da Rusiya qüvvələri Kaxovskaya SES-i partladıblar. Artıq yerli sakinlərin potensial daşqın ərazilərindən köçürülməsinə başlanılıb.
***10:45
Rusiyanın nəzarətində olan Xerson yaxınlığındakı Nova Kaxovka SES-i vurulub.
"Unikal" xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri bəndin Rusiya qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
Təxliyyələrin başlanmasından sonra 5 saat ərzində bölgədə suyun səviyyəsinin kritik həddə çatacağı ilə bağlı xəbərdarlıq edilib.
Gülayə Mecid