Birləşmiş Ştatlar İranın bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edən nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa davam etməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. 

Onun sözlərinə görə, İran Rusiya ordusuna Ukraynada istifadə olunan pilotsuz təyyarələr verir, Tehran isə Rusiya Federasiyasından yüksək texnologiyalı silahlar alır: "Bütün bunlarla İran nüvə silahı əldə edə bilməz və əldə etməyəcək, çünki Vaşinqton iqtisadi təzyiq və çəkindirmə ilə yanaşı, diplomatiyadan da istifadə etməyə hazırdır. Prezident Co Bayden İranın nüvə silahı əldə etməməsi üçün bütün variantları nəzərdən keçirir".

Ağarza Elçinoğlu