Əfqanıstanda hakimiyyətə rəhbərlik edən "Taliban" rejimi kişilər üçün yeni qadağa tətbiq edib.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, yeni qərara əsasən, kişilərin saqqal və bığlarını kəsmələri qadağan edilib.
Herat Elm və Fəzilət Şöbəsinin rəhbəri Əbdül Rəhman açıqlamasında deyib ki, zahiri görünüş şəriətə uyğun olmalıdır: "Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləmək üçün yaxşı müsəlman kimi görünməliyik".
Ağarza Elçinoğlu