"Bütün dünyada uçot dərəcələri artır. Azərbaycanda da Mərkəzi Bank tərəfindən artırılır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və İqtisadiyyat Nazirliyinin may ərzində verdiyi yeni proqnoz hesabatlarında həm dünyada, həm də Azərbaycanda 2023-cü ildə ÜDM-in tempinin azaldılması gözlənilir.
"Dünyada kifayət qədər dəyişkən situasiya mövcuddur. Bütün bunların fonunda büdcə gəlirləri 3 milyard manatdan, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Ölkəmizin qarşısında çox ciddi çağırışlar mövcuddur".
Anar Kəlbiyev