Rusiyalı (Dağıstan res. - red.) 29 yaşlı futbolçu Şamil Həsənov Moskvada narkotiklə yaxalanıb.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, idmançı iyunun 6-da Borovskoye şossesini səhv yerdə keçdiyinə görə yol polisi onu saxlayıb. Ş.Həsənovun aqressiv davranışından şübhələnən hüquq-mühafizə orqanları müdafiəçini yoxlayıb. Futbolçunun cibindən mavi rəngli elektrik lentinə bükülmüş metadon aşkar edilərək götürülüb.
Həsənova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma) maddəsi ilə cinayət işi başlanıb. Futbolçu ev dustaqlığındadır.
O, hazırda Özbəkistanın "Surxan" klubunun futbolçusudur. Futbolçu əvvəllər "Anji", "Dinamo Mahaçqala", "Yenisey" və "Baltika"da çıxış edib.
Ağarza Elçinoğlu