Ukraynaynın cənubunda yerləşən Kaxovka su elektrik stansiyasının partlaması nəticəsində 3 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayətinin Oleşek şəhərinin meri Yevgeniy Rişuk məlumat verib.
O bildirib ki, şəhərdə daşqın nəticəsində artıq 3 nəfər həlak olub. Mer ölənlərin sayının artacağını istisna etməyib.
“Çox adam yataq xəstəsi idi, ayaqları yox idi, ayaqsız adam damın üstünə necə çıxa bilər?”,- Rişuk əlavə edib.
Onun sözlərinə görə, Oleşek şəhərinin 90 faizi su altında qalıb, bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatır.