Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyti aşkar edilib.
İlkin məlumata görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.