Roma Papası Fransisk əməliyyat olunub.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, mədəsindəki yırtıq səbəbiylə Vatikan liderinin qarın divarına protez qoyulub. Əməliyyat 3 saat davam edib.
Qeyd edək ki, Papa dünən Romadakı Gemelli xəstəxanasına yerləşdirilmişdi.
Hazırda onun səhhətinin yaxşı olduğu deyilir. Qeyd olunub ki, 86 yaşlı Papanın sağalma müddəti 5-7 gün çəkəcək.
Ağarza Elçinoğlu