İranın Buşəhr şəhərində 2 atom elektrik stansiyasının (AES) tikintisinə başlanılıb. 

"Unikal" İran KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Buşəhr valisi Əhməd Məhəmmədizadə bildirib. 

Onun sözlərinə görə, hər biri 1800 meqavat gücündə olan 2 atom elektrik stansiyası tikilir. 

"Bu 2 layihədə heç bir xarici işçi yoxdur və bütün işlər yerli mütəxəssislər tərəfindən həyata keçirilir", - deyə vali qeyd edib. 

Ağarza Elçinoğlu