"Həm azərbaycanlılar, həm də ermənilər bizə yaxındırlar. Onlar bir əlin iki barmağı kimidir, nə edə bilərik?"

"Unikal" xəbər verir ki, bunu elarus prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşündə deyib. 

Belarus lideri bildirib ki, əvvəlki illərdə o, tərəflər arasında münaqişənin həlli üçün böyük səylər göstərib, Ermənistan və Azərbaycan liderləri arasında əməkdaşlığın qurulmasına çalışıb: "İndi hər şey mürəkkəbləşib, biz bu vəziyyəti nizamlamalıyıq. Belə olan halda, təbii ki, mən Nikol Paşinyanı dəstəkləyirəm, başa düşürəm ki, bütün bu problemlər onun üzərinə düşür. Ona görə də indi bizə səbr və problemin həllini tapmaq üçün cəhdlər lazımdır ki, bu, həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olsun". 

Onun sözlərinə görə, KTMT ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri də öz təkliflərini verməlidirlər, çünki onlar bu vəziyyətdə kənar müşahidəçi deyillər.

Ağarza Elçinoğlu