"Ötən ilin sentyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarda, eləcə də Belqorod vilayətində baş verən atışmalarda Ukrayna  iştirak etməyib.

"Unikal" xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski "Politico" nəşrinə müsahibəsində deyib.

“Mən prezidentəm və müvafiq sərəncamlar verirəm. Ukrayna belə bir şey etməyib", - Zelenski vurğulayıb.

Qeyd edək ki, son günlərdə Rusiya Belqorod vilayətinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu və nəticədə evlərə, obyektlərə ziyan dəydiyini açıqlamşdı.  

Gülayə Mecid