Sinqapurlu fotoqraf Çuando Tan yaşı ilə gündəmə gəlib. 

"Unikal" xəbər verir  ki, ilk baxışdan 20 yaşlarda görünən Tanın əslində  57 yaşı var. Belə ki, fotoqrafın yaşını öyrənənlər təəccüblərini gizlədə bilməyiblər. Hər kəsin diqqətini çəkən Çuanda Tan yerli mətbuata gənc qalmağının sirrini bölüşüb.    

Belə ki, Tan öz bədən quruluşunu qorumaq üçün ciddi pəhriz saxlayır. 1966-cı ildə anadan olan Tan 80-ci illərdə model və pop müğənnisi kimi fəaliyyət göstərib. Lakin Çuando Tan oxumağa olan həvəsi azaldıqdan sonra fotoqrafiya karyerasına keçib.

Tanın pəhrizi toyuq, düyü və balıq şorbasından ibarətdir. Eyni zamanda, o, qəhvə və çay istehlak etmir, əvəzinə çox su içir. 

Bundan əlavə, kardio, ağırlıq məşqləri və üzgüçülük də onun rutininin bir hissəsidir. O, hər gün saat 23.00-da yatır və yatmazdan 5-6 saat əvvəl qidalanmır.  

Gülayə Mecid