Rusiya sanksiyalara baxmayaraq, əsas elektron komponentlərin idxalının həcmini bərpa edə bilib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayen bildirib. 

O, bildirib ki, ölkəyə əsas mikroçiplərin və elektronikanın idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb: "Problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində onları Rusiyaya satırlar. Bu komponentlər müasir silahların istehsalında çox vacibdir. ABŞ sanksiyalardan yayınmağa kömək edən 5 ölkəni müəyyən edib. bunlar: Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır".

Ağarza Elçinoğlu