Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı klassik avtomobili ilə Ankara küçələrini gəzib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə MHP-nin "Twitter" hesabında “Bu mənə yetər...” qeydi ilə video paylaşılıb. 

Baxçalının 06 TCD 009 nömrə nişanlı klassik avtomobili ilə Ankara küçələrini gəzdiyi videoda Ferdi Tayfurun “Bu mənə yetər” mahnısı səsləndirilib.

MHP sədri avtomobilini idarə edərkən barmağındakı üzük, əlindəki təsbeh və arxa güzgüdəki göz muncuq diqqət çəkib.

Gülayə Mecid