İkinci Dünya Müharibəsindən (1939-1945) sonra qlobal təhlükəsizlik heç vaxt indiki kimi ciddi təhlükə altında olmayıb.

"Unikal" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto Səudiyyə Ərəbistanında İslam Dövləti terror təşkilatına qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın iclası zamanı deyib.

“Üçüncü dünya müharibəsinin başlanması təhlükəsi heç vaxt olmamışdı, nüvə potensialından belə açıq danışılmamışdı və indiki kimi terror təhlükəsi olmamışdı”, - deyə Szijarto qeyd edib.  

Nazir belə təhdidlər kimi Ukraynadakı münaqişəni, eləcə də İD-nin Yaxın Şərq, Şimali Afrika və Əfqanıstanda vəziyyətin sabitliyini pozmaq cəhdlərini göstərib.

Gülayə  Mecid