Ukrayna prezidenti Volodomir Zelenski Rusiya prezidenti Vladimir Putinin gücünün zəiflədiyini bildirib. 

"Unikal" xəbər verir ki,  Ukrayna rəhbəri bu barədə "Telegram" kanalında yazıb.  

"İş ortaqlarının ona inamını itirdiyini düşünürəm. Bu, həm orduya, həm də bir çox başqa şeylərə təsir edir. Putin əvvəllər sahib olduğu gücü itirdi", - deyə o, qeyd edib. 

Nizami Rusiya ordusu ilə "Vaqner" qruplaşması arasındakı münasibətə toxunan Zelenski iddia edib ki, həm dövlət, həm də özəl ordular arasında çox ciddi siyasi mübarizə gedir.

Gülayə Mecid