Türkiyənin yeni təyin olunan müdafiə naziri Yaşar Gülər ​​və İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri telefonla danışıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. 

İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqiri nazir Yaşar Güləri yeni vəzifəsi münasibətilə təbrik edib. Tərəflər bir sıra məsələlərlə bağlı danışıqlar aparıb. 

Ağarza Elçinoğlu