Afrika ölkələrinin yeddi prezidenti Ukraynanın nizamlanması üzrə sülh missiyası çərçivəsində iyunun 17-də Moskvaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Brazzavil Fondunun kommünikesində bildirilib.

Qeyd olunur ki, söhbət Cənubi Afrika Respublikasının prezidentləri Siril Ramafos, Komor Adaları Azali Assumani, Konqo Respublikası Denis Sassou Nqesso, Uqanda Yoveri Kaquta Museveni, Seneqal Maki Salya, Zambiya Hakainde Hiçilem və həmçinin, ehtimal ki, Misir prezidenti Əbdülfəttah Əs-Sisidən gedir.

Məlumata görə, Afrika liderləri iyunun 16-da Ukrayna prezidenti Volodimir Zelenski, iyunun 17-də isə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İlk dəfə olaraq, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Afrika təşəbbüsü mayın ortalarında, Ramafosa Putin və Zelenski ilə telefon danışığı apardığını elan edəndə məlum olub. Söhbətlər zamanı o, sülh nizamlanmasını müzakirə etmək üçün Afrika liderlərindən ibarət missiyanı Moskva və Kiyevə göndərmək planlarını açıqlayıb.