Böyük Britaniya "Eurofighter Typhoons" və İsveçin "Gripen" qırıcıları İsveç hava məkanı yaxınlığında uçan Rusiyanın İl-20 kəşfiyyat və onu müşayiət edən Su-27 təyyarələrini ələ keçiriblər. 

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Hərbi Hava Qüvvələri Twitter-də məlumat yayıb.

Qeyd olunur ki, Qərb təyyarələri İsveç və NATO hava məkanı yaxınlığında uçan Rusiya təyyarələrini müşayiət etmək üçün qaldırılıb.

B. Britaniya Hərbi Hava Qüvvələri Rusiya təyyarəsinin İsveç hava məkanına daxil olmadığını, lakin "beynəlxalq standartlara əməl etmədiyini və müvafiq uçuş məlumatı regionları ilə əlaqə saxlamadığını" açıqlayıb.

GüIayə  Mecid