İranda leysan yağışları nəticəsində 17 bölgədə sel və daşqın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə İranın xilasetmə qüvvələrinin rəhbəri Babək Mahmudi məlumat verib.

O, leysan yağışları nəticəsində 7 nəfərin öldüyünü, 72 nəfərin isə yaralandığını bildirib.