İllərdir üstünlük verdiyi iddialı səhnə geyimləri ilə adından söz etdirən Gülşən Ankarada səhnəyə idman geyimində çıxıb.
"Unikal" xəbər verir ki, məşhur brendə məxsus geyimlə səhnəyə çıxan Gülşen saçları ilə də diqqət çəkib.
Qeyd edək ki, İmam Hatip tərəfdarları haqqında dediklərinə görə həbs cəzası alan Gülşən azadlığa çıxdıqdan sonra oğlu ilə birlikdə xaricdə yaşamağa başlayıb. Müğənni konsert üçün vaxtaşırı Türkiyəyə gəlir.