NATO tarixinin ən böyük hava təlimi bu gün Almaniyada başlayır. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 23-də başa çatacaq Air Defender 23 (AD23) adlı təlimdə 25 ölkədən 250 təyyarə və 10 000 şəxsi heyət iştirak edir. 

Təlimlə əlaqədar olaraq mülki hava nəqliyyatının hərəkətində müəyyən fasilələr olacaq. 

Türkiyənin F-16 döyüş təyyarələri də Almaniyanın şimalındakı Jagel/Hohn hava bazasında yerləşdirilib. 

Ağarza Elçinoğlu