Amerikalı aktyor Treat Uilyams avtomobil qəzasında dünyasını dəyişib.

"Unikal"  xəbər verir  ki, bu barədə BBC məlumat yayıb. 

Bildirilir ki,  hadisə Vermont ştatında qeydə alınıb. Aktyorun idarə etdiyi  avtomobil qarşıdan gələn motosikletə çırpılıb. Nəticədə Treat ağır yaralanıb və o hadisə yerində keçinib.  

71 yaşlı Uilyams  “Əbədi meşə” və “Saç” filmlərindəki rolları ilə tanınırdı.