Bulvarda kaktusları kəsərək yandıran şəxs həbs edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü V.Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
***
11:12
Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.