İyunun 12-də saat 20:32-də “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 1996-cı il təvəllüdlü Khermaza Bachir Hamza və 2002-ci il təvəllüdlü Chettouh Mohamed Abdelghani saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.