“Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. 

"Unikal" xəbər verir ki, Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, mətbuat katibi Rafiq Rzayev,  Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və 15 İyun - Milli Qurtuluş Gününə həsr etdikləri rəsm və kitab sərgisi ilə tanış olublar. 
Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi təbriklərini çatdırıblar. Qurtuluşdan Zəfərə doğru addımlamış qalib Azərbaycanın vətəndaşları olaraq artıq 3 ildir ki, 15 İyun – Milli Qurtuluş Gününü qürurla qeyd etdiyimizi, bu sevinci bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, hərbçilərimizə, Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizə, canlarından keçən şəhidlərimizə borclu və minnətdar olduğumuzu bildiriblər.  Öndərin həyata keçirdiyi uzaqgörən və məntiqi siyasətin nəticəsində baş verib. Ulu Öndər böyük alim, böyük diplomat, böyük siyasətçi, böyük demokrat, böyük rəhbər idi. 1993-cü ildə Ulu Öndər tərəfindən başlanılan siyasət 2003-cü ildən etibarən Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində ölkəmiz bütün sahələrdə nailiyyətlər əldə edib. Bu gün Azərbaycan inkişaf edir, çiçəklənir, dünyaya səs salır.
15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri konsert proqramı ilə davam etdirilib. 
Tanınmış müğənni, həmyerlimiz Sahib İbrahimovun ifasında səslənən “Azərbaycan”, “Qazaxım”, “Baxdın çəkildin”, “Qələbən mübarək Azərbaycan!” mahnıları alqışlarla qarşılanıb.
Gənc ifaçı Nəsimi Kamaloğlunun “Azərbaycan-anaların anası”, müğənnilər Nazim Məmmədovun “Misri” el havası, “Yaşa Heydər oğlu, yaşa Ərdoğan”, Niyaməddin Novruzovun “Ay dəli ceyran”, “Yara qurban”, Qazax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllimi Ramal Vilayətoğlunun “Qismətim”, Vüsal Osmanlının “Dünya sənin, dünya mənim”, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Nəzrin Muradovanın “Torpağına qurban Azərbaycan” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. 
Qazax Rayon Mədəniyyət Mərkəzinin “Buta” rəqs qrupunun təqdim etdikləri “Naz eləmə” rəqsi tədbirə toplaşanlara xoş ovqat bəxş edib. 
Aşıq Yaşar Gülümcanovun sazda ifa etdiy “Dur gedək Qazaxa bir salam verək” mahnısı, Aşıq Samir Cəlaloğlunun sazda ifa etdiyi el havası tədbirə coşqu qatıb. 
Bayram əhal-ruhiyəli tədbir könüllülərin yallı rəqsi ilə başa çatıb.