Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilir.

"Unikal"ın məlumatına görə, hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib. Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirib.

Qeyd edək ki, 2022/2023-cü tədris ilində 98 min 647 şagird XI (XII) siniflərdən məzun olur. Onlardan 89 min 112 nəfəri Azərbaycan bölməsində, 8 min 824 nəfər isə rus bölməsində təhsil alır. Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin XI sinfindən isə 4 nəfər məzun olacaq.

Foto: Ayxan Məlikov