“1993-cü ilin məhz bu günü ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizin təməl prinsiplərini yaratdı”.

"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

“Xalqımızın azadlıq ideyalarının gerçəkləşdirilməsi ilə səciyyələnən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə xoş arzularımızı çatdırır, firavanlıq və daimi rifah arzulayırıq. Yaşasın qüdrətli Azərbaycan!”, - deyə nazir qeyd edib.