Dünəndən sosial şəbəkələrdə bir foto geniş müzakirə mövzusuna çevrilib.

"Unikal" xəbər verir ki, "Xezerxeber.az" iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsal ilə söhbətləşib.

Həmin gün də Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki məktəblərində son zəng çalınır. Son dəfə 9-cu sinfədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.

Vüsal istəsə də, istəməsə də çalışmağa məcbur olduğunu deyir. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var.  2-si ailəlidir. O, hazırda 2 bacısı, qardaşı və anası ilə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.